Məktəbəhazırlıq qruplarına 90 mindən çox uşaq cəlb olunub
2022-2023-cü tədris ilində ölkə üzrə ümumilikdə 90 mindən çox uşaq məktəbəhazırlıq qruplarında təhsilə cəlb olunub.
Bu barədə Kaspi.az-a Elm və Təhsil Nazirliyindən bildirilib.
Qeyd olunub ki, oktyabrın 3-də ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib.
Məktəbəhazırlıq qruplarında məşğələlər həftədə 4 gün keçilir.