• cümə, 19 Aprel, 22:10
  • Baku Bakı 24°C

“Məktəbdən Beynəlxalq Arenaya” adlı layihənin açılışı olub

30.11.22 15:00 715
“Məktəbdən Beynəlxalq Arenaya” adlı layihənin açılışı olub

Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən “Təhsildə inkişaf və innovasiyalar üzrə VI Qrant Müsabiqəsi”nin “Məktəbdən Beynəlxalq Arenaya” adlı layihənin açılışı olub.

Kaspi.az xəbər verir ki, tədbiri giriş nitqi ilə Şamil Qorxmazoğlu açaraq, layihə haqqında məlumat verib. Bildirib ki, layihənin keçirilməsində bir neçə istiqamət məqsəd olaraq götürülüb: “Orta məktəbdə 6-7-8-ci siniflərdə təhsil alan idmana maraqlı, lakin müəyyən sabəblərdən idmanla məşğul olmayan şagirdlərin ictimai əsaslarla idmanın karate növünə cəlb edilməsini hədəf olaraq götürmüşük. Şagirdlər arasında idmanın faydası, sağlam həyat tərzinin vacibliyi, zərərli vərdişlərin fəsadları haqqında marifləndirmə işi aparacağıq. Şəhid idmançıların xatirəsinə həsr edəcəyimiz məktəbdaxili yarışlarımız da olacaq. Məktəb şagirdlərinin dünya, Avropa çempionu, idman ustası olmuş titullu idmançılarla görüşünün təşkili planlaşdırılır. Layihə müddəti və gələcəkdə əməkdaşlıq etdiyimiz federasiyaların keçirəcəyi ölkədaxili və beynəlxalq yarışlarda şagirdlərin iştirak etməsinin təşkili də hədəflərimiz sırasındadır”.

Layihə üzrə ekspertlər, dünya və avropa çempionları, qazi və idmançılar açılış tədbirinin qonaqları olublar. İdmançılar, şagirdlər tərəfindən karate və cüdo idman növləri üzrə nümunəvi çıxışlar nümayiş etdirilib.

Sonda layihə rəhbəri Ş.Qorxmazoğlu bildirib ki, 157 saylı tam orta məktəbdə layihə müddətində karate üzrə ödənişsiz məşqlər keçiriləcək.

 

banner

Oxşar Xəbərlər