bazar, 29 Yanvar, 15:40

Baku Bakı 8°C

“Məktəbdə...”-nin qonağı Mirşahin olacaq  

icon 396 icon 10 yanvar 2023 | 12:06 “Məktəbdə...”-nin qonağı Mirşahin olacaq  

“Məktəbdə...” layihəsinin növbəti görüşü yanvarın 11-də Bakı şəhəri 118 nömrəli tam orta məktəbdə keçiriləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı Real Təhlil və İnformasiya Mərkəzinin direktoru, Əməkdar jurnalist  Mirşahin Ağayev olacaq. 
Görüşdə məktəb və müəllimin insanların formalaşdırılmasında rolu, ixtisas seçimi və peşə sahələrinə yönəlməyə təsir edən amillər,  mütaliə vərdişləri, müəllim-şagird münasibətləri, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.
Layihənin informasiya dəstəyi “Kaspi” qəzeti və Kaspi.az saytıdır.  
Görüşü, həmçinin Baku TV onlayn televiziyası da işıqlandıracaq.