• şənbə, 02 Mart, 14:52
  • Baku Bakı 9°C

Əməkdaşlıq əlaqələrinin yaradılması və inkişafı məsələləri müzakirə olundu

08.04.23 13:31 2215
Əməkdaşlıq əlaqələrinin yaradılması və inkişafı məsələləri müzakirə olundu

Aprelin 7-də Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla Bakıda keçiriləcək  II Xəzər Su İnnovasiya Forumunun təşkilatçısı “Aqualink” şirkətinin icraçı direktoru Orxan Mikayıl arasında əməkdaşlıq əlaqələrinin yaradılması və inkişafı məsələləri müzakirə olunub.

Görüşdə turizm sənayesində sudan səmərəli istifadənin təşviqi, su ehtiyyatlarının idarəedilməsi və qabaqcıl texnologiyaların tədbiqi məsələləri ətrafında fikir mübadiləsi aparılıb,birgə iş birliyi və tərəfdaşlıq imkanları müzakirə olunub.

Qeyd edək ki, II Xəzər Su İnnovasiya Forumu mayın 30-da keçiriləcək. Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının  da dəstək olduğu forumda müvafiq sahələr üzrə İsrail, Türkiyə, Yaponiya, Niderland Krallığı, Almaniya, Belçika Krallığı, Ukrayna, Danimarka, Rusiya Federasiyası və digər ölkələrin aparıcı şirkətlərinin və tanınmış mütəxəssislərinin, o cümlədən 500-dən çox şirkət nümayəndələrinin, dövlət və özəl sektorda çalışan mütəxəssislərin iştirakı gözlənilir.

banner

Oxşar Xəbərlər