Mbappe Fransa millisinin yeni kapitanı oldu

Fransa millisinin yeni kapitanı müəyyənləşib. Komandanın baş məşqçisi Didye Deşam sarğını Kilian Mbappeyə həvalə edib. Antuan Qrizmann vitse-kapitan seçilib. Millinin öncəki kapitanı Uqo Lyoris yığma karyerasını başa vurub. 24 yaşlı Mbappe Fransa millisinin heyətində keçirdiyi 66 oyunda 36 qol vurub, 23 məhsuldar ötürmə verib.