bazar ertəsi, 27 mart, 23:42

Baku Bakı 19°C

Lionel Messi 2023-cü ildə üç fərdi mükafata əsas namizəddir

icon 443 icon 25 fevral 2023 | 15:45 Lionel Messi 2023-cü ildə üç fərdi mükafata əsas namizəddir

Argentina millisinin və Fransanın PSJ klubunun futbolçusu Lionel Messi 2023-cü ildə daha 3 fərdi mükafata əsas namizəddir.

“Report” xəbər verir ki, xarici mütəxəssislər 36 yaşlı hücumçunun titul kolleksiyasını bu il də zənginləşdirəcəyini düşünürlər.

Messinin 2023-cü ildə karyerası ərzində 8-ci dəfə “Qızıl top”, 2-ci dəfə “The Best” və 2-ci dəfə ilin idmançısı mükafatını qazanacağı ehtimal edilir.

Qeyd edək ki, FIFA tərəfindən milli komandaların baş məşqçiləri və kapitanları arasında aparılan “The Best” mükafatı ilə bağlı sorğunun qalibi fevralın 27-də açıqlanacaq.