çərşənbə axşamı, 05 iyul, 22:31

Baku Bakı 30°C

Konfrans Liqası: Finaldan sonra həftənin oyunçusu adına namizədlər bəlli olub

icon 176 icon 26 may 2022 | 12:00 Konfrans Liqası: Finaldan sonra həftənin oyunçusu adına namizədlər bəlli olub

İtaliyanın "Roma" və Niderlandın "Feyenoord" komandaları arasında keçirilmiş UEFA Konfrans Liqasının final matçından sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər bəlli olub.

"Report"un məlumatına görə, bu ada "Roma"nın qapıçısı Ruy Patrisiu, müdafiəçisi Kris Smollinq, yarımmüdafiəçisi Nikola Zaniolo və "Feyenoord"dan Orkun Kökçü iddia edir.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək. Rəqibini 1:0 hesabı ilə məğlub edən İtaliya təmsilçisi turnirin qalibi olub. "Canavarlar"ın yeganə qolunu Zaniolo vurub.