IV İslam Həmrəyliyi Oyunları yüksək səviyyədə təşkil olunacaq
Azərbaycanın təşkilatçılıq məsələlərində əldə etdiyi təcrübə bu əminliyə heç bir şübhə yeri qoymur
Ölkəmizin növbəti mötəbər idman yarışına - IV İslam Həmrəyliyi Oyunlarına 2017-ci ildə ev sahibliyi etməsi ilə bağlı İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) ilə müqavilə imzalandığı haqda xəbər vermişdik. Azərbaycanın turizm potensialı, idman infrastrukturu, yarışların təşkil olunacağı obyektlərdəki şərait və s. göstəricilər oyunların ölkəmizdə təşkil olunmasının əsas səbəblərindəndir. Qeyd edək ki, bu qərar ölkə ictimaiyyəti tərəfindən də müsbət qarşılanır. Hesab olunur ki, ölkənin keçdiyi inkişaf yolu bu kimi mötəbər tədbirlərin təşkilinə imkan verir. Azərbaycanın təşkilatçılıq məsələlərində əldə etdiyi təcrübə isə sözügedən yarışların da yüksək səviyyədə keçiriləcəyinə heç bir şübhə yeri qoymur.
Mövzu haqda fikirlərini “Kaspi”yə açıqlayan millət vəkili, professor Musa Qasımlı dedi ki, ölkəmizin belə yarışların keçirilməsinə maraq göstərməsi özünə olan əminliyindən irəli gəlir: “Azərbaycandakı sürətli inkişaf göz önündədir. Hamı bilir ki, Azərbaycanda xeyli sayda idman yarışlarının keçirilməsi üçün kompekslər, arenalar tikilib və tikilməkdədir. Ona görə Azərbaycana etimad göstərildi və növbəti İslam Həmrəyliyi Oyunları bizə həvalə olundu. Ümumiyyətlə, bizim islam ölkələri ilə hər zaman yaxşı münasibətlərimiz olub. Azərbaycan tolerant ölkə olsa da, islam aləmində xüsusi əhəmiyyəti olan ölkələrdən biridir. Bəlkə də bu səbəbdən Azərbaycan çox səs toplayıb. Belə ki, İHİF-in səkkizinci hesabat-seçki Baş Assambleyası çərçivəsində Federasiyaya üzv olan Milli Olimpiya komitələri IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmək üçün Azərbaycanın namizədliyinə səs veriblər. Səs çoxluğu nəticəsində ölkəmiz yarışlara ev sahibliyi etmək hüququ qazanıb”.
Millət vəkilinin sözlərinə görə, İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi prezidentin diqqətində idi: “Bu yarışların bizə həvalə olunması cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ölkədə gedən inkişafdan irəli gəlib. Dövlətimiz başqa ölkələr qarşısında inam və etimad qazanmasa idi, yarışlara ev sahibliyi etmək hüququ bizə verilməzdi. Deməli, Azərbaycana qarşı böyük inam var. Son 12 ildə ölkəmizin keçdiyi inkişaf yolu bir daha göstərir ki, dövlətimizin müvafiq qurumları çoxsaylı kütləvi tədbirləri ən mükəmməl şəkildə keçirməyə hazırdır. Düşünürəm ki, bu oyunların Azərbaycanda keçirilməsi üçün vəsait xərcləməyə dəyər. Çünki ölkəmiz ən yaxşı şəkildə təbliğ olunacaq, haqqımızda yaradılmış mənfi rəylər heçə çevriləcək. Çünki hamı hər şeyi öz gözləri ilə görəcək. Bununla da beynəlxalq mövqeyimiz möhkəmlənəcək, imicimiz daha da yaxşılaşacaq. Bu, həm də Azərbaycan üçün yeni imkanlar açacaq. Belə ki, gələcəkdə daha mötəbər yarışların keçirilməsi üçün imkan və nüfuz qazanacağıq. Həm Avropa Oyunları, həm də İslam Həmrəyliyi Oyunları keçirildikdən sonra ölkəmizə qara yaxanların əməlləri özlərinin əleyhinə yönələcək”.
İrəli İctimai Birliyinin sədri Mirhəsən Seyidov da bu cür yarışların keçirilməsinin ölkəmizin lehinə olduğunu, müəyyən üstünlüklər qazandırdığını düşünür: “Bu yaxınlarda Avropanın ən mötəbər tədbirlərindən biri – ilk Avropa Oyunları baş tutacaq ki, yarışlara necə hazırlıq görüldüyündən hamının xəbəri var. Biz hər zaman beynəlxalq tədbirlərə böyük məsuliyyətlə yanaşmışıq və hər şeyi ən yüksək səviyyədə təşkil etmişik. Dünya səviyyəli tədbirlərin ölkəmizdə keçirilməsi birbaşa cənab Prezidentin diqqətində olan məsələdir. Bu, onun Azərbaycanın yaxşı təbliğ olunması məsələsinə verdiyi önəmin göstəricisidir. Yüksək səviyyədə keçirilən mötəbər beynəlxalq tədbirlər Azərbaycanın adının dünya ictimaiyyətinə bir brend kimi tanıdılmasına səbəb olub. Azərbaycan dünyada gedən mühüm proseslərdə yer alan ölkə olduğuna görə, çox vaxt beynəlxalq təzyiqlərlə üz-üzə qalır. Ona görə də biz gənclər diqqətli olmalı, ölkəmizə daha da çox bağlanmalı, milli dövlətçilik ənənələrimizə sadiq qalmalıyıq. Azərbaycanın milli maraqlarına daha yaxından bələd olaraq onu yaxşı təbliğ etməliyik. Hesab edirəm ki, bu yöndə atılan ən uğurlu addımlardan biri bu cür beynəlxalq yarışların ölkəmizdə təşkilidir”.
M.Seyidov onu da dedi ki, belə tədbirlərin bizə həvalə olunması erməni lobbisinin ölkəmizə qarşı fəaliyyətinin genişlənməsi ilə nəticələnir: “Onların dünya ictimaiyyətinə təzyiq etmələri təsadüfi deyil. Müxtəlif şayiələr və bəyanatlar altında Azərbaycanın imicinə zərbə vurmaq istəyirlər. Cənab Prezidentin siyasi iradəsi ilə bütün bunlara qarşı çıxacağıq. Digər yarışlar kimi, İslam Həmrəylik Oyunlarını da yüksək səviyyədə təşkil edəcəyik. Təbii ki, Azərbaycan islam ölkəsi deyil, dünyəvi dövlətdir. Amma inanclı insanların 96 faizi islam dinini qəbul edir. Yəni dünyəvi ölkə olsaq da, Azərbaycanda islam toplumu var. Multikulturalizm və tolerantlığın hökm sürdüyü isə şübhəsizdir və bunu hər kəs bilir. Bakı-2015 ilk Avropa Oyunlarınından sonra şahmat üzrə dünya kuboku, şahmat üzrə Olimpiada, “Formula-1” üzrə Avropa Qran-pri yarışları və 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları da ən yüksək təşkilatçılıqla keçiriləcək. Bütün bunlarla Azərbaycan öz adını tarixə yazacaq. Həmçinin yarışların təşkil edilməsi ilə paralel olaraq, Azərbaycan həqiqətləri də dünya ictimaiyyətinin diqqətinə çatdırılacaq”.
Şəfa Tapdıq