• cümə axşamı, 25 aprel, 04:32
  • Baku Bakı 19°C

İslamiada: Azərbaycan taekvondoda daha bir medalı təmin edib

11.08.22 15:20 517
İslamiada: Azərbaycan taekvondoda daha bir medalı təmin edib

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında daha bir Azərbaycan taekvondoçusu azı bürünc medalı təmin edib.

"Report"un məlumatına görə, Azərbaycanın qadın taekvondoçusu Minayə Əkbərova (46 kq) yarımfinala çıxmaqla buna nail olub.

Yarımfinal görüşü Bakı vaxtı ilə saat 18:00-dan etibarən başlayacaq.

Qeyd edək ki, dünən Azərbaycan taekvondoçularından Fəridə Əzizova (67 kq) qızıl, Cavad Ağayev (68 kq) gümüş, Həşim Məhəmmədov (58 kq) və Patimat Abakarova (49 kq) bürünc medal qazanıb.

banner

Oxşar Xəbərlər