bazar, 29 Yanvar, 16:54

Baku Bakı 8°C

İşğaldan azad edilən ərazilərdə qış turizminin inkişafı planlaşdırılır

icon 356 icon 18 dekabr 2022 | 16:15 İşğaldan azad edilən ərazilərdə qış turizminin inkişafı planlaşdırılır

İşğaldan azad edilən ərazilərimizdə qış turizminin inkişafı planlaşdırılır.

Bu barədə Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzuzadə bu gün Azərbaycanda qış turizminin potensialı və "Şahdağ" Turizm Mərkəzinin qış mövsümünə hazırlığına həsr olunan təqdimat mərasimində məlumat verib.

Onun sözlərinə görə, qış turizmini inkişaf etdirmək üçün Kəlbəcər rayonu çox əlverişlidir.

“Azad edilən torpaqlarda qış turizmini inkişaf etdirmək Agentlik olaraq əsas məqsədlərimizdəndir”,- deyə K. Quluzadə deyib.