bazar ertəsi, 29 may, 20:21

Baku Bakı 30°C

İrəvanda keçirilən Avropa çempionatında zəfər qazanmış Türkiyə idmançıları Bakıda - FOTO

icon 310 icon 27 aprel 2023 | 17:30 İrəvanda keçirilən Avropa çempionatında zəfər qazanmış Türkiyə idmançıları Bakıda - FOTO

İrəvanda keçirilmiş ağırlıqqaldırma üzrə Avropa çempionatında zəfər qazanmış Türkiyə idmançıları Azərbaycana gəlib.

Trend xəbər verir ki, qonaqları gətirən təyyarə Heydər Əliyev adına hava limanına eniş edib.

Hava limanında idmançılar xüsusi coşquyla qarşılanıblar.

Nümayəndə heyətinə Avropa çempionları Nuray Güngör, Cansu Bekdaş, Yusuf Fehmi Genc, Avropa çempionatının gümüş mükafatçısı Qamze Altun və Türkiyə Ağır Atletika Federasiyasının prezidenti Talat Ünlü daxildir.