• çərşənbə axşamı, 19 mart, 13:56
  • Baku Bakı 8°C

İngilis dilini təkmilləşdirmək istəyən tələbələrin nəzərinə

24.05.23 18:44 1509
İngilis dilini təkmilləşdirmək istəyən tələbələrin nəzərinə

Təhsil Tələbə Krediti Fondunun tərəfdaşlığı və Amerika Birləşmiş Ştatlarının Azərbaycan səfirliyinin maliyyə dəstəyi ilə “İngilis dilində virtual təhsil proqramı”nın icrasına başlanılır.

Fonddan Kaspi.az-a bildirilib ki, layihə tələbələrin aşağıdakı proqramlar üzrə ingilis dili bilik və bacarıqlarını təkmilləşdirmək üçün nəzərdə tutulub.

İngilis dilində 4 bacarıq (oxumaq, yazmaq, danışıq, dinləmə), qrammatika və lüğətin təkmilləşdirilməsi proqramı;

• Akademik məqsədlər üçün ingilis dili proqramı (EAP);

• Xüsusi sahələr (IT və Biznes) üzrə ingilis dili proqramı.

Proqrama orta (intermediate) dərəcədə ingilis dili bilikləri olan, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin 3-4-cü kurslarında və magistratura səviyyəsində təhsil alan tələbələr müraciət edə bilərlər.

İngilis dilində virtual təhsil proqramı iyulun 10-dan sentyabrın 11-dək davam edəcək. Proqramı uğurla bitirən tələbələrə sertifikat veriləcək.

İştirak etmək istəyənlər iyunun 5-dək onlayn müraciət ilə qeydiyyatdan keçə bilərlər. Yerlər məhdud olduğundan, tələbələrdən formanı tez bir zamanda doldurmaları tövsiyyə olunur.

Seçim mərhələsində təhsil tələbə kreditlərindən yararlanan, sosial həssas ailə qruplarında olan və regionlarda ali təhsil alan tələbələrə daha çox üstünlük veriləcək.

banner

Oxşar Xəbərlər