bazar ertəsi, 04 iyul, 09:25

Baku Bakı 23°C

İbtidai sinif üzrə seminarda iştirak etmək üçün qeydiyyat aparılır

icon 96 icon 21 may 2022 | 17:30 İbtidai sinif üzrə seminarda iştirak etmək üçün qeydiyyat aparılır

Təhsil İnstitutu MİQ və sertifikasiya imtahanına hazırlaşan namizədlərə dəstək məqsədilə seminarları davam etdirir.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, budəfəki seminar ibtidai sinif müəllimləri və ibtidai sinif üzrə müəllim olmaq istəyən şəxslər üçün nəzərdə tutulub. Seminar institutun Metodik dəstək və peşəkar inkişaf mərkəzində keçiriləcək və 2 saat davam edəcək.

Mayın 25-i saat 15:00-da əyani şəkildə keçiriləcək seminarda iştirak etmək istəyən şəxslər aşağıdakı linkə daxil olmaqla qeydiyyatdan keçə bilərlər: https://forms.gle/FHwWCBC8ToaUEGc49

Müraciətlər mayın 24-dək qəbul olunur. Qeydiyyatdan keçmiş ilk 100 nəfər iştirak hüququ qazanacaq. Digər şəxslər növbəti həftələrdə elan olunacaq link vasitəsilə qeydiyyatdan keçməklə seminarlarda iştirak edə biləcəklər.

Qeyd edək ki, seminarların həftə ərzində bir neçə dəfə keçirilməsi planlaşdırılır. Hər seminar bir fənn üzrə çərçivə sənədinin izahına həsr olunacaq, əvvəlki illərdə imtahanlarda istifadə olunan sual nümunələri müzakirə olunacaq, eyni zamanda, gələcəkdə çərçivə sənədinin təkmilləşdirilməsinə dair verilən təkliflər dəyərləndiriləcək.