çərşənbə, 06 Iyul, 22:36

Baku Bakı 26°C

Fransadakı prezident seçkilərində 10 nəfər Mbappeyə səs verib

icon 268 icon 26 aprel 2022 | 21:00 Fransadakı prezident seçkilərində 10 nəfər Mbappeyə səs verib

Fransada prezident seçkiləri zamanı PSJ klubunun futbolçusu Kilian Mbappeyə səs verilib.

"Report"un "Estrepublicain" nəşrinə istinadən məlumatına görə, 24 yaşlı hücumçu ikinci turda 10 səs toplayıb.

Hadisə təxminən 400 nəfərin yaşadığı kiçik Talne kommunasında baş verib. Forvardın adının yazıldığı bülletenlərin keyfiyyətli olması aksiyanın əvvəlcədən planlaşdırıldığını göstərir.

Fransa millisinin hücumçusu prezidentliyə namizədliyini irəli sürmədiyindən səslər nəzərə alınmayıb.

Qeyd edək ki, Emmanuel Makron ardıcıl ikinci dəfə Fransa prezidenti seçilib.