cümə, 03 Fevral, 01:06

Baku Bakı 6°C

Fransa millisinin müdafiəçisi üçün mundial başa çatıb

icon 375 icon 23 noyabr 2022 | 15:30 Fransa millisinin müdafiəçisi üçün mundial başa çatıb

Qətərdə keçirilən dünya çempionatında Avstraliya ilə oyunda zədələnən Fransa millisinin futbolçusu Lukas Ernandesin durumuna aydınlıq gəlib.

"Report" "RMC Sport"a istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçinin sağ diz çarpaz bağı yırtılıb.

Oyunçu mundialın digər matçlarında iştirak edə bilməyəcək. Ernandesi sözügedən matçın 13-cü dəqiqəsində qardaşı Teo Ernandes əvəzləyib.

Qeyd edək ki, qarşılaşma Fransanın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.