• şənbə, 20 Aprel, 03:11
  • Baku Bakı 15°C

"Formula 1": Azərbaycan Qran-prisinin qalibi bəlli olub

30.04.23 16:40 700
"Formula 1": Azərbaycan Qran-prisinin qalibi bəlli olub

 "Formula 1" üzrə Azərbaycan Qran-prisində qalib müəyyənləşib.

"Report" xəbər verir ki, 51 dövrənin tamamında "Red Bull" pilotu Serxio Peres bütün rəqiblərini qabaqlayıb. Onun komanda yoldaşı Maks Ferstappen ikinci, "Ferrari"dən Şarl Lekler üçüncü pillədə qərarlaşıb. "Aston Martin"dən Fernando Alonso dördüncü, "Ferrari"nin digər sürücüsü Karlos Sayns beşinci olub. 7 qat dünya çempionu, "Mercedes"də çıxış edən Lüis Hemilton Qran-prini altıncı sırada bitirib.

banner

Oxşar Xəbərlər