çərşənbə, 06 Dekabr, 17:35

Baku Bakı 12°C

Ermənistan yığmasının baş məşqçisinin mətbuat konfransı boykot olunub

icon 658 icon 25 sentyabr 2022 | 12:30
Ermənistan yığmasının baş məşqçisinin mətbuat konfransı boykot olunub


Jurnalistlər futbol üzrə Ermənistan millisinin baş məşqçisi Xoakin Kaparrosun mətbuat konfransını boykot ediblər.

"Report"un yerli mətbuata istinadən məlumatına görə, hadisə yığmanın Ukraynaya 0:5 hesabı ilə uduzduğu UEFA Millətlər Liqasının V tur oyunundan sonra baş verib. Qarşılaşmanın ardından 67 yaşlı mütəxəssisin istefası tələb olunub. Qeyd edək ki, Ermənistan komandası Millətlər Liqasında ardıcıl 4 görüşdə məğlub olub. Yığma B Liqasının 1-ci qrupunda 3 xalla sonuncu pillədə qərarlaşıb.