• cümə, 19 Aprel, 14:39
  • Baku Bakı 25°C

Dünya yaş qrupları yarışında 4 medal qazanmış Azərbaycan gimnastları vətənə dönüblər

28.11.22 09:30 438
Dünya yaş qrupları yarışında 4 medal qazanmış Azərbaycan gimnastları vətənə dönüblər

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən batut və tamblinq üzrə dünya yaş qrupları yarışında uğurlu çıxış edən Azərbaycan milli komandası ötən gecə vətənə dönüb.

Kaspi.az-ın məlumatına görə, idmançılarımızı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında azarkeşlər, ailə üzvləri, KİV nümayəndələri, federasiyanın rəsmiləri və digər şəxslər qarşılayıblar.

Qeyd edək ki, turnirə 12 idmançı ilə qatılan Azərbaycan yığması nüfuzlu yarışı bir qızıl, bir gümüş və iki bürünc medalla tamamlayıb.

Sinxron mübarizədə 15-16 yaş qruplarında Maqsud Maqsudov və Hüseyn Abbasov qızıl, 11-12 yaş qruplarında Baxşalıyev Ammar və Mustafayev Fərhad bürünc medal qazanıblar.

Fərdi yarışlarda isə 15-16 yaş qruplarında Maqsud Maqsudov bürünc, 13-14 yaş qruplarında Əli Niftəliyev gümüş medal əldə edib.

banner

Oxşar Xəbərlər