çərşənbə, 17 Avqust, 17:45

Baku Bakı 35°C

Dünya çempionatında Azərbaycanın daha üç taekvondoçusu mübarizəyə start verir

icon 160 icon 30 iyul 2022 | 10:08 Dünya çempionatında Azərbaycanın daha üç taekvondoçusu mübarizəyə start verir

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən taekvondo arasında yeniyetmələrin dünya çempionatında üçüncü yarış günü 3 Azərbaycan idmançısı mübarizə aparacaq.

"Report"un məlumatına görə, bunlar qızlarda Banu Quliyeva (44 kq), oğlanlarda Riad Quliyev (41 kq) və Fuad Məhərrəmlidir (45 kq).

Qeyd edək ki, dünən 33 kq çəki dərəcəsində Mehdi Budaqlı bütün rəqiblərinə qalib gəlməklə Azərbaycan taekvondosunun tarixinə düşüb. O, Azərbaycanın yeniyetmələr arasında ilk dünya çempionu olub.