cümə, 03 Fevral, 02:08

Baku Bakı 6°C

DÇ-2022: Argentina millisi ilk oyunda məğlub olub

icon 337 icon 22 noyabr 2022 | 16:13 DÇ-2022: Argentina millisi ilk oyunda məğlub olub

Futbol üzrə Argentina millisi Qətərdə keçirilən dünya çempionatının C qrupunda ilk matçında çıxıb. 

"Kaspi"nin məlumatına görə, Lionel Skaloninin baş məşqçi olduğu komanda I turunda Səudiyyə Ərəbistanı ilə üz-üzə gəlib. 

Qarşılaşma Asiya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib. Görüşdə hesabı cənubi amerikalılar açıblar. 10-cu dəqiqədə Lionel Messi penaltini dəqiq yerinə yetirib. İkiqat dünya çempionu fasiləyə öndə yollanıb.

Səudiyyə Ərəbistanı yığması fasilədən sonra gözlənilmədən iki qol vurub. 48-ci dəqiqədə Saleh Al Şehri tarazlığı bərpa edib. 53-cü dəqiqədə Salem Al Davsari komandasını önə keçirib. 

Beləliklə, Argentina DÇ-2022-yə məğlubiyyətlə start verib. Qrupun digər oyununda Meksika və Polşa yığmaları münasibətlərə aydınlıq gətirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.