• cümə axşamı, 28 mart, 18:01
  • Baku Bakı 13°C

Dani Alves cinsi təcavüz ittihamı ilə həbs olunub

21.01.23 14:30 713
Dani Alves cinsi təcavüz ittihamı ilə həbs olunub

İspaniya məhkəməsi Barselonanın gecə klubunda qadına qarşı cinsi təcavüz ittihamı ilə braziliyalı futbolçu Dani Alvesin həbsinə qərar verib.

Kaspi.az “Reuters”ə istinadla xəbər verir ki, ittiham aktını rədd edən 39 yaşlı futbolçu Barselona yaxınlığındakı “Brians 1” həbsxanasına aparılıb.

Cümə günü yerli polis Alvesi saxlayıb sorğu-sual etdikdən sonra o, hakim qarşısına çıxıb. Dövlət ittihamçısı onun mühakimə olunana qədər zaminə buraxılmadan həbs edilməsini istəyib.

Kataloniya Məhkəməsinin məlumatında deyilir ki, cinsi təcavüzə məruz qaldığını iddia edən qadın bu ayın əvvəlində şikayət edib və iş açıq qalır.

Alves bir müddət öncə “Antena 3” TV-yə Barselona klubunda insanlarla birlikdə olduğunu bildirsə də, cinsi təcavüz faktını rədd edib.

banner

Oxşar Xəbərlər