bazar ertəsi, 08 avqust, 20:20

Baku Bakı 23°C

Çimərlik futbolu üzrə millimiz superfinala vəsiqə qazanıb

icon 132 icon 04 iyul 2022 | 10:00 Çimərlik futbolu üzrə millimiz superfinala vəsiqə qazanıb

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində (EBSL-2022) çıxışını başa vurub.

Kaspi.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, seçmə mərhələnin son oyununda İspaniya millisi ilə qarşılaşan komandamız 4:6 hesabı ilə məğlub olsa da, superfinala vəsiqə qazanıb. Millimizin heyətində Orxan Məmmədov, Sabir Allahquliyev, Emin Mehdiyev və Comərd Baxşəliyev fərqlənib.

Qeyd edək ki, superfinal sentyabrın 6-11-də İtaliyanın Alghero şəhərində keçiriləcək.