• cümə, 29 Mart, 11:50
  • Baku Bakı 5°C

Çimərlik futbolu üzrə Azərbaycan millisi Türkiyə yığmasına qalib gəlib

06.05.23 22:45 766
Çimərlik futbolu üzrə Azərbaycan millisi Türkiyə yığmasına qalib gəlib

Antalyada təlim-məşq toplanışına yekun vuran çimərlik futbolu üzrə Azərbaycan milli komandası hazırlıq çərçivəsində son yoldaşlıq oyununu keçirib.

Kaspi.az AFFA-nın saytına istinadla xəbər verir ki, Türkiyə milli komandasına qarşı oyun 4:2 hesabı ilə millimizin xeyrinə nəticələnib.

Amid Nəzərovun dubl etdiyi oyunda komandamızın digər qollarını Fuad Hüseynov və İsa Zeynallı vurublar.

Qeyd edək ki, komandalar arasında daha əvvəl keçirilmiş iki qarşılaşma müvafiq olaraq, 4:3 və 4:2 hesabı ilə Türkiyə millisinin xeyrinə nəticələnmişdi.

banner

Oxşar Xəbərlər