• çərşənbə axşamı, 16 aprel, 13:51
  • Baku Bakı 19°C

Çempionlar Liqası: Bu gün ilk finalçı məlum olacaq

16.05.23 11:00 718
Çempionlar Liqası: Bu gün ilk finalçı məlum olacaq

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start veriləcək.

Oxu.Az xəbər verir ki, turnirin ilk finalçısı İtaliyada bəlli olacaq. Birinci oyunda “İnter”ə 0:2 hesabı ilə uduzan “Milan” məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.

“Cüzeppe Meatsa”da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

UEFA Çempionlar Liqası

Yarımfinal, cavab oyunu

16 may

23:00. “İnter” (İtaliya) - “Milan” (İtaliya)

Baş hakim: Kleman Türpen (Fransa)

Milan, “Cüzeppe Meatsa” stadionu

İlk oyun - 2:0

Qeyd edək ki, yarımfinalın sabah keçiriləcək digər oyununda İspaniya “Real”ı (Madrid) İngiltərədə “Mançester Siti”nin qonağı olacaq.

banner

Oxşar Xəbərlər