bazar ertəsi, 27 mart, 23:24

Baku Bakı 19°C

Çempionlar Liqası: 1/4 final mərhələsinin püşkü atılıb

icon 181 icon 17 mart 2023 | 15:18 Çempionlar Liqası: 1/4 final mərhələsinin püşkü atılıb

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin püşkü atılıb.

Kaspi.az xəbər verir ki, tədbir UEFA-nın Nyondakı mənzil-qərargahında baş tutub.

Püşkatma nəticəsində bu raundun cütləri bəlli olub:

“Real Madrid” (İspaniya) - “Çelsi” (İngiltərə)

“İnter” (İtaliya) - “Benfika” (Portuqaliya)

“Mançester Siti” (İngiltərə) - “Bavariya” (Almaniya)

“Milan” (İtaliya) - “Napoli” (İtaliya)

Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları aprelin 11-12-də, cavab görüşləri 18-19-da keçiriləcək. Yarımfinal qarşılaşmaları 9-10 və 16-17 may tarixlərində oynanılacaq. Çempionlar Liqasının finalı isə iyunun 10-da İstanbuldakı Atatürk Olimpiya Stadionunda baş tutacaq.