çərşənbə, 06 Iyul, 23:41

Baku Bakı 26°C

Bu gün UEFA Konfrans Liqasının ilk qalibi müəyyənləşəcək

icon 145 icon 25 may 2022 | 10:30 Bu gün UEFA Konfrans Liqasının ilk qalibi müəyyənləşəcək

Bu gün UEFA Konfrans Liqasında 2021/2022 mövsümünün qalibi bəlli olacaq.

"Report"un məlumatına görə, ilk dəfə təşkil olunan turnirin final oyununda İtaliyanın "Roma" və Niderlandın "Feyenoord" komandaları üz-üzə gələcəklər. Albaniyanın paytaxtı Tiranadakı Milli Arenada keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Görüşü rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edəcək. "Canavarlar" 95 illik tarixində ikinci, komandanın baş məşqçisi Joze Mourinyo isə beşinci kubokunu qazana bilər. Paytaxt təmsilçisi avrokuboklarda yeganə uğuruna 1961-ci ildə o vaxtkı adı ilə Yarmarkalar Kubokuna (indiki Avropa Liqası) sahib çıxmaqla imza atıb.

Portuqaliyalı mütəxəssis isə hərəsində 2 dəfə olmaqla Çempionlar Liqası və Avropa Liqasında qələbə sevinci yaşayıb. "Feyenoord"a gəlincə, Rotterdam təmsilçisi daha əvvəl 1970-ci ildə Çempionlar Liqasının, 1974 və 2002-ci illərdə isə Avropa Liqasının qalibi olub.

UEFA Konfrans Liqası

Final

25 may

23:00. "Roma" (İtaliya) - "Feyenoord" (Niderland)

Baş hakim: İştvan Kovaç (Rumıniya)

Tirana, Milli Arena.