• şənbə, 05 Iyul, 22:32
  • Baku Bakı 26°C

Bu gün UEFA Avropa Liqasının final oyunu keçiriləcək

18.05.22 14:30 782
Bu gün UEFA Avropa Liqasının final oyunu keçiriləcək

Bu gün UEFA Avropa Liqasında 2021/2022 mövsümünə yekun vurulacaq.

AZƏRTAC xəbər verir ki, final oyununda Almaniyanın "Ayntraxt" və Şotlandiyanın "Reyncers" klubları üz-üzə gələcəklər. İspaniyanın Sevilya şəhərindəki "Ramon Sançes Pisxuan" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edəcək.

banner

Oxşar Xəbərlər