• cümə axşamı, 09 may, 00:16
  • Baku Bakı 15°C

BŞTİ müdiri 162 nömrəli tam orta məktəbdə olub

18.05.22 15:45 563
BŞTİ müdiri 162 nömrəli tam orta məktəbdə olub

Bakı Şəhəri Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva 162 nömrəli tam orta məktəbdə olub.
BŞTİ müdiri məktəbə öncədən xəbərdarlıq etmədən yollanıb, bu, da təhsil müəssisəsi tərəfindən maraqla qarşılanıb. Həmin məktəbin müəllimi Afət İsmalıyova görüş barədə təəssüratlarını bölüşüb:
“Mehriban xanımla görüşdük, söhbətləşdik. O, valideyn, müəllim və şagirdlərimizlə bir sıra mövzular ətrafında səmimi müzakirələr apardı.
İdarə müdiri məktəbin tədris şəraiti, qayğıları ilə tanış oldu, fikirlərimizi dinlədi, uyğun tövsiyələr verdi.
Şagird, valideyn və müəllimlərin marağına səbəb olan belə planlaşdırılmamış görüşə görə Mehriban xanıma təşəkkürümüzü bildiririk”.

banner

Oxşar Xəbərlər