• cümə axşamı, 25 aprel, 04:57
  • Baku Bakı 19°C

Braziliyalı yarımmüdafiəçi "Qəbələ" ilə oyunları buraxacaq

06.07.22 17:00 591
Braziliyalı yarımmüdafiəçi "Qəbələ" ilə oyunları buraxacaq

Macarıstan "Fehervar"ı "Qəbələ" ilə UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin oyunları öncəsi ciddi itki ilə üzləşib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Mixael Borisin baş məşqçi olduğu komanda aparıcı yarımmüdafiəçisi Alef dos Santos Saldanyanı itirib.

Məşq zamanı ciddi zədə alan 27 yaşlı oyunçu əməliyyat olunub. Braziliyalı futbolçu bir neçə ay yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, "Qəbələ" "Fehervar"a qarşı ilk oyununu iyulun 21-də səfərdə, cavab matçını isə bir həftə sonra evdə keçirəcək.

banner

Oxşar Xəbərlər