cümə axşamı, 07 iyul, 00:03

Baku Bakı 20°C

Bakıda "Formula 1"ə hazırlıqla əlaqədar hərəkət məhdudlaşdırılacaq

icon 257 icon 08 may 2022 | 17:00 Bakıda "Formula 1"ə hazırlıqla əlaqədar hərəkət məhdudlaşdırılacaq

 "Formula 1" üzrə Azərbaycan Qran-prisinə hazırlıq çərçivəsində trasda aparılan təmir işləri ilə əlaqədar yolun Neftçilər prospektinin Azneft dairəsindən (Nefçilər prospekti və Niyazi küçələrinin kəsişməsi) "Abşeron Mariott" otelinədək (Neftçilər prospekti və Puşkin küçələrinin kəsişməsi) hissəsində hərəkət məhdudlaşdırılacaq. Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətindən "Report"a verilən məlumata görə, yolun sözügedən hissəsində yaranacaq sıxlığı nəzərə alaraq sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti yolların bağlı olmadığını, yalnız hərəkət zolağının sıxlaşdırıldığını bəyan edib. Əməliyyat Şirkəti sürücülərə anlayışlarına görə təşəkkür edib, hazırlıq işləri ilə bağlı yaranan müvəqqəti narahatlığa görə üzr istəyib.