• çərşənbə, 24 Aprel, 02:33
  • Baku Bakı 14°C

Bakı bədii gimnastika üzrə növbəti Avropa çempionatına ev sahibliyi edəcək

16.07.22 16:15 721
Bakı bədii gimnastika üzrə növbəti Avropa çempionatına ev sahibliyi edəcək

Gələn il 17-21 may tarixlərində Bakı bədii gimnastika üzrə növbəti Avropa çempionatına ev sahibliyi edəcək.

Kaspi.az Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbər verir ki, bu barədə qərar iyulun 16-da Avropa Gimnastikasının Lozannadakı Baş Qərargahında keçirilən İcraiyyə Komitəsinin iclasında səsvermə yolu ilə qəbul edilib.

Qeyd edək ki, bu, ölkəmizin bədii gimnastika üzrə təşkil edəcəyi 5-ci Avropa çempionatı olacaq.

Xatırladaq ki, paytaxtımız 2007, 2009, 2014 və 2019-cu illərdə bu növ üzrə qitə çempionatına ev sahibliyi edib.

banner

Oxşar Xəbərlər