• şənbə, 20 Aprel, 14:11
  • Baku Bakı 23°C

Bağçalara tərbiyəçi-müəllimlərin işə qəbulu ELAN OLUNDU

29.12.22 15:15 1683
Bağçalara tərbiyəçi-müəllimlərin işə qəbulu ELAN OLUNDU

Tərbiyəçi-müəllim vəzifəsi üzrə məktəbəqədər təhsil müəssisələrinə faktiki yaşayış yeri üzrə reytinqə uyğun namizəd olmadığına görə vakansiya seçiminə başlanılır.

Bu barədə Kaspi.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, vakansiya seçimində məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin həm test, həm də müsahibə mərhələsində uğur qazanan namizədlər iştirak edə bilərlər.

Vakansiya seçimində iştirak etmək istəyən şəxslər linkə daxil olaraq müvafiq xanaları doldurduqdan sonra 1 vakant yer seçimi edə bilərlər.

Qeyd edək ki, vakansiya seçimi 6 yanvar saat 18:00-dək davam edəcək.

 

banner

Oxşar Xəbərlər