• cümə, 26 Aprel, 16:05
  • Baku Bakı 23°C

Azərbaycanlı tələbələr "Robotex Türkiyə"nin qalibi olublar - FOTOLAR

01.05.23 09:00 696
Azərbaycanlı tələbələr "Robotex Türkiyə"nin qalibi olublar - FOTOLAR
Naxçıvan Dövlət Universitetinin (NDU) tələbələri "Robotex Türkiyə" Festivalının qalibi oldular.
Kaspi.az xəbər verir ki, bu barədə Universitetin rektoru Elbrus İsayev "Facebook" hesabında məlumat yayıb.
Qeyd edib ki, "Robotex Türkiyə" 2023 mövsümündə Azərbaycan, Türkiyə, Estoniya, İran və digər ölkələrin təmsil olunduğu turnirlərdə Azərbaycanı Naxçıvan Dövlət Universitetinin 5 nəfərlik heyəti təmsil edib.
Tələbələri təbrik edən rektorun sözlərinə görə, tələbələr Festivalda I yerin qalibi olublar: "Dünyanın ən böyük robototexnika festivalı Türkiyənin Antalya şəhərində keçirilib. Bu Festivalda ölkəmizi Naxçıvan Dövlət Universitetinin 5 nəfərlik heyəti təmsil edib və I yerə layiq görülüb. Estoniyada keçiriləcək Dünya Robot Festivalında ölkəmizi doğma komandamız təmsil edəcək".
banner

Oxşar Xəbərlər