bazar ertəsi, 27 mart, 23:28

Baku Bakı 19°C

Azərbaycanlı karateçi Fujeirada qızıl medal qazanıb

icon 357 icon 25 fevral 2023 | 15:15 Azərbaycanlı karateçi Fujeirada qızıl medal qazanıb

16-18 yaşlı gənclərdən ibarət Azərbaycan millisinin karateçisi Amin Yadigarlı Birləşmiş Ərəb Əmirliklərinin Fujeira şəhərində keçirilən Karate1 Youth League turnirinin qızıl medalını qazanıb.

Bu barədə “Report”a Azərbaycan Karate Federasiyasından məlumat verilib.

55 kq çəki dərəcəsində çıxış edən gənc idmançı bütün rəqiblərindən güclü olaraq, yarışı qalib kimi tamamlayıb.

Ondan əvvəl Nicat Kərimli (75 kq) və Rumil Cəfərli (76 kq) gümüş medala layiq görülüb.

Qeyd edək ki, Karate1 Youth League turniri fevralın 26-da başa çatacaq.