• cümə axşamı, 25 aprel, 04:19
  • Baku Bakı 19°C

Azərbaycanlı hakim UEFA-dan yeni təyinat alıb

13.08.22 10:15 580
Azərbaycanlı hakim UEFA-dan yeni təyinat alıb

Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb.

Kaspi.az xəbər verir ki, 35 yaşlı baş hakim Latviyada RFŞ və Şimali İrlandiyanın "Linfild" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununu idarə edəcək.

Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.

Avqustun 18-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

banner

Oxşar Xəbərlər