• cümə axşamı, 18 aprel, 08:39
  • Baku Bakı 12°C

Azərbaycanın peşə təhsili müəssisələrində türkiyəli müəllimlər də dərs deyəcək

01.08.22 13:07 637
Azərbaycanın peşə təhsili müəssisələrində türkiyəli müəllimlər də dərs deyəcək

2023/2024-cü tədris ilində Bakıda və Qəbələdə peşə təhsili müəssisələrində tədris və idarəetmə Azərbaycan və Türkiyə ilə birgə aparılacaq.

AZƏRTAC xəbər verir ki, bunu 2022-2023-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə tələbə qəbulu prosesi ilə bağlı təşkil olunan mətbuat konfransında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Ceyhun Kərəmov deyib. O bildirib ki, hazırda bu istiqamətdə işlər aparılır. Bakıda yeni peşə təhsili mərkəzi tikilir, Qəbələdə isə infrastruktur yenilikləri həyata keçirilir. Tədris prosesinə türkiyəli müəllimlər də cəlb olunacaq. Eyni zamanda, türkiyəli tələbələr bu təhsil müəssisələrində oxuya biləcəklər.

Qeyd edək ki, avqustun 1-dən etibarən peşə təhsili müəssisələrinə 2022/2023-cü tədris ili üzrə tələbə qəbuluna başlanılır. Qəbul prosesi ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər üçün açıqdır. Peşə təhsili almaq istəyən şəxslər avqustun 1-12-də portal.edu.az platformasında qeydiyyatdan keçməklə “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti vasitəsilə müraciət göndərməlidirlər.

banner

Oxşar Xəbərlər