çərşənbə axşamı, 05 iyul, 23:44

Baku Bakı 30°C

Azərbaycanın daha bir cüdo hakimi beynəlxalq dərəcə alıb

icon 135 icon 15 iyun 2022 | 15:00 Azərbaycanın daha bir cüdo hakimi beynəlxalq dərəcə alıb

Azərbaycan Cüdo Federasiyasının (ACF) hakimlər heyətinin üzvü Nazim Umbayev “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim adını alıb.

Federasiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, müvafiq kateqoriya üçün imtahanı Beynəlxalq Cüdo Federasiyası (ICF) İspaniyanın paytaxtı Madriddə təşkil edib.

14 hakimin iştirakı ilə imtahanı ICF-nin hakimlər üzrə direktoru Daniel Florin Laskau və Avropa Cüdo Birliyinin Hakimlər Komitəsinin sədri Aleksandr Yastkeviç götürüb.

Hakimlər əvvəlcə nəzəri, daha sonra Açıq Avropa Kubokunda görüşləri idarə edərək praktiki imtahan veriblər. Həm nəzəri, həm də praktiki imtahanı yüksək nəticə ilə keçən Umbayev “A” kateqoriyalı yüksək hakimlik lisenziyasını əldə edib.

Qeyd edək ki, mayda ACF-in hakimlər üzrə meneceri Mətin Rəhimli də “A” kateqoriyalı hakim statusu qazanıb.