• cümə axşamı, 18 aprel, 05:32
  • Baku Bakı 15°C

Azərbaycanın basketbol millisi Ermənistana qalib gəldi

27.07.22 21:30 740
Azərbaycanın basketbol millisi Ermənistana qalib gəldi

18 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi San Marinoda gənclər arasında təşkil olunan Avropa çempionatında növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, C divizionunda yer alan yığma B qrupundakı üçüncü matçında Ermənistanla üz-üzə gəlib. "Domus Arena"kı qarşılaşma Azərbaycanın 76:65 hesalı qələbəsi ilə başa çatıb.

Milli komanda bu qələbə sayəsində yarımfinala vəsiqəni vaxtından əvvəl təmin edib.

Yığma qrupdakı sonuncu oyununu iyulun 28-də Moldovaya qarşı keçirəcək.

Qeyd edək ki, yığma qrupdakı ilk oyununda "Lüksemburq"a 75:71, ikinci görüşündə isə Cəbəllütariqə 115:60 hesabı ilə qalib gəlib.

banner

Oxşar Xəbərlər