Azərbaycana turist axını 2 dəfədən çox artıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycana 1 004,1 min nəfər, təkcə avqust ayında isə 172 min nəfər turist gəlib.
Bu barədə “Kaspi”yə Dövlət Turizm Agentliyindən bildirilb.
Məlumata görə, bunlar ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,3 dəfə və 2,2 dəfə çoxdur.