bazar ertəsi, 05 dekabr, 19:09

Baku Bakı 3°C

Azərbaycan yığması bu gün Millətlər Liqasında son oyununu keçirəcək

icon 312 icon 25 sentyabr 2022 | 11:30 Azərbaycan yığması bu gün Millətlər Liqasında son oyununu keçirəcək

Futbol üzrə Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununu keçirəcək.

"Report"un məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu kollektiv C Divizionunun 3-cü qrupunun VI turunda Qazaxıstan yığmasını qəbul edəcək.

"Dalğa Arena"dakı qarşılaşma saat 20:00-da başlayacaq. Görüşün baş hakimi almaniyalı Harm Osmers olacaq. Hazırda 13 xalı olan qonaqlar B Liqası və pley-offa vəsiqəni təmin edib. Azərbaycan seçməsi isə 7 xalla 2-ci pillədə qərarlaşıb.

UEFA Millətlər Liqası

Qrup mərhələsi,

VI tur 20:00.Azərbaycan - Qazaxıstan

 Hakimlər: Harm Osmers, Robert Kempter, Dominik Şaal, Martin Petersen (Almaniya)

Bakı, "Dalğa Arena" stadionu

Xal durumu: Qazaxıstan - 13, Azərbaycan - 7, Slovakiya - 6, Belarus - 2

Qeyd edək ki, bu qrupun digər oyununda Belarus Slovakiyanın qonağı olacaq.