bazar, 29 Yanvar, 16:55

Baku Bakı 8°C

Azərbaycan Premyer Liqası: 29 günlük fasilə Gəncədə başa çatacaq

icon 189 icon 24 yanvar 2023 | 10:30 Azərbaycan Premyer Liqası: 29 günlük fasilə Gəncədə başa çatacaq

Azərbaycan Premyer Liqasında 29 günlük fasilə başa çatacaq.

“Report”un məlumatına görə, bu gün XIX tura start veriləcək. Qış fasiləsindən sonra 2023-cü ilin ilk rəsmi oyunu Gəncədə baş tutacaq. Autsayderlər zonasında qərarlaşan “Kəpəz” avrokuboklara vəsiqəni iddia edən “Qəbələ”ni qəbul edəcək. Sonuncu dəfə 2017-ci ilin sentyabrında rəqibinə məğlub olan “qırmızı-qaralar” 5 matçlıq məğlubiyyətsizlik seriyasını davam etdirməyə çalışacaq.

Gəncə şəhər stadionunda saat 14:00-da başlayacaq matçın baş hakimi Elçin Məsiyev olacaq. Hazırda “Qəbələ” 25 xalla turnir cədvəlinin 5-ci, “Kəpəz” isə 12 xalla 9-cu pilləsində qərarlaşıb.

Qeyd edək ki, XIX turun digər oyunları yanvarın 25-də və 26-da keçiriləcək. Ayın 25-də “Qarabağ” “Turan Tovuz”un (14:00), “Sumqayıt” “Zirə”nin (16:30) qonağı olacaq, ertəsi gün “Şamaxı” “Səbail”i (14:00), “Sabah” isə “Neftçi”ni (19:00) qəbul edəcək.