bazar ertəsi, 27 mart, 23:26

Baku Bakı 19°C

Azərbaycan millisinin üzvü “Sportinq”ə keçəcək

icon 374 icon 09 mart 2023 | 14:21 Azərbaycan millisinin üzvü “Sportinq”ə keçəcək

Azərbaycan millisinin futzalçısı Rafael Vilela karyerasını Portuqaliyada davam etdirəcək.

“Report” xəbər verir ki, bu barədə “Record” nəşri məlumat yayıb.

Hazırda Rusiyanın “Tümen” komandasında çıxış edən 30 yaşlı hücumçu “Sportinq”lə anlaşıb. Vilela növbəti mövsümdən Lissabon təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, Rafael Vilela mövsümün əvvəlində Qazaxıstanın “Kayrat” klubuna icarəyə verilsə də, 2022-ci ilin dekabrında müqavilə ilə məxsus olduğu “Tümen”ə qayıdıb.