• bazar, 23 Iyun, 15:22
  • Baku Bakı 30°C

Azərbaycan millisi yoldaşlıq görüşü üçün rəqib axtarır

18.05.23 14:30 787
Azərbaycan millisi yoldaşlıq görüşü üçün rəqib axtarır

Futbol üzrə Azərbaycan millisi iyunda yoldaşlıq görüşü keçirmək üçün rəqib axtarır.

Bu barədə “Report”a AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla məlumat verib.

Milli assosiasiya rəsmisi bildirib ki, məsələ ilə bağlı müxtəlif federasiyalarla danışıqlar aparılır: “Amma hələlik yekun qərar yoxdur”.

Qeyd edək ki, AVRO-2024-ün seçmə mərhələsinin F qrupunda yer alan Azərbaycan millisi iyunun 17-də Estoniya seçməsini “Dalğa Arena”da qəbul edəcək.

banner

Oxşar Xəbərlər