bazar, 10 Dekabr, 01:57

Baku Bakı 14°C

Azərbaycan gimnastları beynəlxalq turnirdə 3 qızıl, 1 gümüş medal qazanıblar

icon 488 icon 19 mart 2023 | 13:00
Azərbaycan gimnastları beynəlxalq turnirdə 3 qızıl, 1 gümüş medal qazanıblar


 Batut gimnastikası üzrə Azərbaycan yığması Latviyanın paytaxtı Riqada keçirilən beynəlxalq turnirdə 3 qızıl, 1 gümüş medal qazanıb.

Federasiyadan “Report”a verilən məlumata görə, fərdi proqramda Selcan Mahsudova, Samirə Hüseynova, Hüseyn Abbasov birinci, Mehdi Əliyev ikinci yeri tutub. Mahsudova böyüklər, Hüseynova 11-12 yaşlılar, Abbasov 15-16 yaş yaşlılar arasında qızıl, Əliyev isə 15-16 yaşlılar arasında gümüş mükafata yiyələnib. Azərbaycan millisi, həmçinin, Avropa Gimnastikasının təşkilatçılığı ilə “inkişaf təlim-məşq” düşərgəsinə qatılıb.