cümə axşamı, 28 sentyabr, 21:42

Baku Bakı 24°C

Azərbaycan cüdoçusu Avstriya Qran-Pri turnirində gümüş medal qazanıb

icon 983 icon 27 may 2023 | 10:15 Azərbaycan cüdoçusu Avstriya Qran-Pri turnirində gümüş medal qazanıb

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Avstriyanın Linz şəhərində keçirilən Qran-Pri turnirində gümüş medal qazanıb.

Trend xəbər verir ki, turnirdə 73 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız final görüşündə İsraildən olan Tohar Butbulla üz-üzə gəlib.

Rəqibinə məğlub olan R.Məmmədəliyev turniri gümüş medalla başa vurub.

Qeyd edək ki, turnirin ilk günündə Kamran Süleymanov (66 kq) gümüş, Gültac Məmmədəliyeva (52 kq) bürünc medal əldə ediblər.