• cümə, 29 Mart, 16:01
  • Baku Bakı 14°C

Zinəddin Zidan rekordunu təkrarlayıb

14.05.21 13:00 739
Zinəddin Zidan rekordunu təkrarlayıb
İspaniyanın "Real” klubu La Liqada məğlubiyyətsiz oyunlar seriyasını 16-ya çatdırıb.
Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisi XXXVI turda "Qranada” üzərində səfər qələbəsi qazanıb.
4:1 hesabı ilə qalib gələn paytaxt klubu son 16 matçda 11 qələbə qazanıb və 5 heç-heçə edib. Bu, indiki baş məşqçi Zinəddin Zidanın rəhbərliyi altında ən yaxşı göstəricinin təkrarıdır.
"Real” 2016/17 mövsümündə fransalı ilə belə rekorda imza atmışdı. 4 il əvvəlki nəticəsini təkrarlayan madridlilər bu qələbə ilə xal aktivini 78-ə çatdırıb.
Qeyd edək ki, 2-ci yerə yüksələn "Real” çempionatın lideri "Atletiko”dan cəmi 2 xal geri qalır.
banner

Oxşar Xəbərlər