• cümə, 29 Mart, 19:02
  • Baku Bakı 14°C

“Xəzər Lənkəran“ Kanalesin meneceri ilə rəsmən danışıqlara başladı

19.06.13 17:45 1384
“Xəzər Lənkəran“ Kanalesin meneceri ilə rəsmən danışıqlara başladı
“Neftçi” və “Xəzər Lənkəran” arasında elə də xoş olmayan münasibətlər daha da gərginləşə bilər. Belə ki, “Xəzər Lənkəran” “Neftçi”nin bombardiri Nikolas Kanalesi ələ keçirmək üçün rəsmən fəaliyyətə başlayıb.
Milli.Az Futbol11-ə istinadən xəbər verir ki, fantastik məbləğ istədiyi üçün “Neftçi”dən rədd cavabı alan Kanales cənub şəhərinə yollanmağa yaxındır. Artıq klub Kanalesin meneceri ilə danışıqların müəyyən mərhələsini geridə qoyub və bundan Kanalesin də xəbəri var. Əli “Neftçi”dən üzülən Kanales böyük pulların axdığı Azərbaycanı tərk etmək niyyətində deyil. Əgər danışıqlar mərhələsi uğurla keçsə, Kanales “Xəzər Lənkəran”la 700 min dollarlıq müqaviləyə qol çəkə bilər. “Xəzər Lənkəran” hələ ki, bu məsələni gizli saxlayır.
Qeyd edək ki, “Neftçi” Kanaleslə 1+2 sistemi ilə anlaşmışdı. Və müqaviləyə belə bir bənd daxil edilmişdi ki, Kanales bu müddət ərzində heç bir digər Azərbaycan klubunda oynaya bilməz. Amma sözsüz ki, Kanaleslə “Neftçi” arasında hər hansı bir bağlılıq olmayınca müqavilə şərtləri də avtomotik olaraq, qüvvədən düşür.
banner

Oxşar Xəbərlər