AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Xəbərdarlıq etdilər ki, mayın 3-nə qədər qayıdın

Xəbərdarlıq etdilər ki, mayın 3-nə qədər qayıdın

İdman
01 May 2020, 14:30 231
"Çelsi” futbolçularına geri qayıtmaq üçün xəbərdarlıq edib. 
 
Kaspi.az xəbər verir ki, klub rəhbərliyi pandemiya dövründə İngiltərəni tərk edərək öz ölkələrinə yollanan futbolçulara mayın 3-də Londonda olmağı tapşırıb. 
 
Məlumata görə, klub məşqləri bərpa etmək niyyətindədir. Amma "Çelsi” rəhbərliyi sərhəd məntəqələrində yaranan problemləri də anlayışla qarşılayır. 
 
"Çelsi" nin bir neçə futbolçusu, o cümlədən Villian, Emerson və Markos Alonso koronavirusun yayılmasından sonra İngiltərəni tərk etmək üçün icazə alıblar. Onlar geri qayıtdıqdan sonra 14 günlük karantinə də yerləşdirilə bilərlər. 
 
Bir müddət əvvəl yayılan məlumatda bildirilirdi ki, Premyer Liqa rəhbərliyi çempionatı iyunun 8-dən bərpa etmək niyyətindədir.