• şənbə, 20 Aprel, 04:47
  • Baku Bakı 15°C

UEFA-nın prezidenti Türkiyə-Uels oyununu izləmək üçün Bakıya gəlib

16.06.21 16:53 388
UEFA-nın prezidenti Türkiyə-Uels oyununu izləmək üçün Bakıya gəlib
UEFA-nın prezidenti Aleksander Çeferin "Avro-2020”nin A qrupu çərçivəsində keçiriləcək Türkiyə-Uels oyununu izləmək üçün Bakıya gəlib.
Trend AFFA-ya istinadla xəbər verir ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.
İlk turda Türkiyə millisi İtaliya seçməsinə 0:3 hesabı ilə məğlub olub. İsveçrə-Uels oyununda isə qalib müəyyənləşməyib -1:1.
Bakı Olimpiya Stadionu, həmçinin iyunun 20-də Türkiyə - İsveçrə, iyulun 3-də isə dörddəbir final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.
banner

Oxşar Xəbərlər