• cümə axşamı, 28 mart, 19:50
  • Baku Bakı 13°C

Təhqir etdilər, əsəbiləşdi, qol vurdu və...

16.01.20 11:18 1211
Təhqir etdilər, əsəbiləşdi, qol vurdu və...
Fransa çempionatının 15-ci turundan təxirə salınan oyunda PSJ səfərdə "Monako”ya qalib gəlib – 4:1.
Kaspi.az xəbər verir ki, PSJ-nin hücumçusu Kilian Mbappe bu qarşılaşmada sabiq klubunun qapısına 2 qol vurub. O, ilk qolu bayram etməsə də, ikinci qolu vurduqdan sonra sevincini nümayişkaranə surətdə göstərib.
Mbappe bu addımı azarkeşlərə görə atdığını bildirib. Belə ki, "Monako” fanatları onu təhqir ediblər:
"İlk qolu bayram etmədim. Çünki burda püxtələşmişəm, bura ilə bağlı xeyli xatirələrim var. İkinci qolu isə təhqirlərə görə bayram etdim. Buna cavab verməli idim”.
Mbappe PSJ-yə 2017-ci ildə "Monako”dan keçib.
banner

Oxşar Xəbərlər